adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2020 21:11
26619
ŞOU-BİZNES
A- A+

ARB TV-nin canlı yayımında dava: Elza Seyidcahan efiri tərk etdi - VİDEO

Əməkdar artist Elza Seyidcahan qonaq olduğu verilişdə qalmaqal yaşayaraq, canlı efiri tərk edib.

Oxu.Azxəbər verir ki, ARB televiziyasında yayımlanan "Elgizlə izlə” verilişindəaparıcı Pərvanə Tahirqızı ilə onun sözləri çəp gəlib.

Pərvanənin "Elə Hollivud ulduzları var ki, onlar başlarına şamdan qoyurlar. Elza xanım da bu imicini kimdənsə götürüb” sözlərinə Əməkdar artist sərt reaksiya verib:

"Biz anadan olandan beləyik. Mənim vikipediya məlumatlarımı oxumusunuz? Əgər oxusaydınız, məndən xəbəriniz olardı”.

Verilişin aparıcısının "Az yaşım yoxdur. 32 yaşım var. Bu imicdə sizi əvvəllər heç görməmişəm” şərhi E.Seyidcahanın səbrini daşırıb.

Müğənni "Yəqin, sən məni heç görməmisən. Görsəydin, belə danışmazdın” deyib vəbacısı Rasimə ilə birlikdə proqramı tərk edib.