adalet.az header logo
  • Bakı 18°C
15 May 2020 18:46
14232
SİYASƏT
A- A+

Dövlət Sərhəd Xidmətinin rəis müavini vəzifəsindən azad edildi - SƏRƏNCAM

Prezident İlham Əliyev Ə.V.Nağıyevin Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Adalet.az-ın məlumatına görə, sərəncama əsasən General-leytenant Əfqan Vəli oğlu Nağıyev Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini vəzifəsindən azad edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.