adalet.az header logo
  • Bakı 12°C
15 May 2020 15:25
33403
GÜNDƏM
A- A+

Naxçıvan Qarnizonu Qoşunlarında komanda-qərargah təlimi keçiriləcək

Naxçıvan Qarnizonu Qoşunlarında mayın 18-dən 22-dək bir neçə birləşmə və hissənin cəlb edilməsi ilə ərazidə komanda-qərargah təlimi keçiriləcək.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə,, xüsusi qoşun növlərinin birləşmələrinin də cəlb ediləcəyi təlimdə müasir rabitə və avtomatik idarəetmə sistemlərinin tətbiqi ilə məhdudgörmə şəraitində tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərəliliyi, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkili üzrə tədbirlər yerinə yetiriləcək.