Eynşteyn məsələsi - Mehman CAVADOĞLU yazır

MEHMAN CAVADOĞLU
520367 | 2020-05-23 09:17

İş elə gətirdiki, son dövrlər üç fərqli yerdə, bir-birindən tam fərqli yaşam tərzinə malik üçnəfərin dilindən eyni məzmunlu bir sitat eşitdim. Özünün sensasiya doğuran kəşf(lər)iilə bir əsrdən çoxdur ki, dünyanı mat qoymuş və heç bir alimə qismət olmayanpopulyarlıq qazanmış Albert Eynşteynə istinadəndeyilən, böyür-başına hərənin öz savadına və dünyagörüşünə uyğun bər-bəzək vurduğu həmin sitatın qısa mahiyyətibelədir: "Mən əvvəlcə materialist idim, ancaq elmin dərinliklərinə baş vurandansonra dönüb idealist oldum”. Yəni, elmin ən uca zirvəsində tutduğu yeri düz birəsrdir ki, heç kimlə bölüşməyən bu dahi insan guya əvvəl "hər şeydən bixəbərbir ateist”, oxuyub çox şeyi əxz eləyəndən sonrasa "dünyanın sirlərinə vaqif”bir dindar olubmuş.

Adamın özüsə avtobioqrafik qeydlərində bunun tam əksinideyir və yazır ki, mən təxminən 12 yaşına kimi qatı bir dindar idim, lakin həmindövrdə oxuduğum bir çox elmi-kütləvi kittablardan sonra başa düşdüm ki, Bibliyarəvayətlərinin çoxu heç cür həqiqət ola bilməz. Bu hələ 12 yaşlı bir uşağın ilkmütaliələrdən sonra gəldiyi qənaət idi, zaman keçdikcə, yəni, bu uşaq böyüyüb "elmindərinliklərinə baş vurduqca” dinlər haqqında daha sərt, ancaq sərt olduğu qədərdə etik əndazəsini aşmayan ölçülü-biçili mövqesərgiləməyə başlayacaq.

Doğrudur, Eynşteynheç vaxt ateist olduğunu söyləməyib, onabu yarlığı yapışdıranlara da onu dindar kimi qələmə verənlər kimi kəskin etirazınıbildirərək dəfələrlə bəyan edib ki, dini kitablardakı "Allah” kəlməsi insangücsüzlüyünün məhsuludur. Orda yazılanlar nə qədər alicənab görünsə də primitivrəvayətlər toplusundan başqa bir şey olmadığı üçün onların ən kamil, ən həssasyozumu belə mənim din haqqında təsəvvürlərimi dəyişə bilməz.

O, dini görüşlərindəndanışarkən özünü aqnostik adlandırıb, Spinozanın panteist təliminin tərəfdarıolduğunu, axirətə inanmadığını bildirib və ən cavan yaşlarından ömrünün sonunakimi bu baxışlarını dəyişməyib.

Bəlkə də indiyəkimi heç bir alimin dinə münasibəti Eynşteynin dinə münasibəti qədər böyükmaraq doğurmayıb. Onun dünyaya səs salan elmi kəşfləri adamlarda belə bir inamyaratmışdı ki, yəqin, kainatın hər sirrinin açarı bu kişinin meşin pencəyinincibində, hər müşgülünün hazır cavabı qırışmış alnının içində yatır. Odur ki, dinxadimlərindən, alim həmkarlarından tutmuş jurnalistlərə, sıravi vətəndaşlarakimi əli çatan, məktubu yetişən istənilən şəxs hər fürsətdə onun din və Allahbarədə fikirlərini öyrənməyə çalışıb. Bəzilərinin məqsədi min illərdir bəşəriyyətinarahat edən bu həssas məsələyə konkret cavab almaq və dünya durduqca bitməkbilməyən əzəli-əbədi bir mübahisəyə böyük avtoritetin diliylə birdəfəlik son qoymaq idisə,əksəriyyət onun vasitəsilə öz həqiqətini təsdiq eləmək istəyirdi. Təhriflər dəelə bu istəkdən qaynaqlanırdı.

Elm və bilik eləbir ciddi fenomendir ki, özüylə birlikdə insanın məsuliyyət hissini də artırır.Həqiqi alimlər sübutsuz danışmağı sevməzlər, boşboğazlıq savadınkasadçılığından doğar.

Hamı onu hərşeyi bilən bir adam hesab etsə də özü başqa fikirdəydi və deyirdi ki, bəşəriyyətinəldə etdiyi mövcud biliklərin səviyyəsi dünyanınbu ən qəliz sualına konkret cavab vermək üçün yetərli deyil. Özünü də buna görəaqnostik adlandırırdı. Yəni, hələlik, Onun nə varlığını, nə də yoxluğunu sübuteləmək mümkündür. Ancaq bəşəriyyətin çatdığı hazırkı elmi biliklərin səviyyəsi ənazı dini kitablarda yazılan nağılların təkzibinə kifayət etdiyi üçün yazınınsonundakı çox yığcam xülasədən də görəcəyimiz kimi, o, yeri gəldikcə bu barədəkifikirlərini söyləməkdən də usanmırdı.

Bütün bunlarabaxmayaraq Eynşteynin məşhurlaşdığı günlərdən indinin özünə kimi müxtəlif peşəsahiblərinin, ilk növbədəsə din xadimlərinin onun adından etdiklərispekulyasiyalar səngimək bilmir, bəzən hətta ən absurd səviyyəyə çatır. Məsələn,cəmi 5-6 il bundan əvvəl Məhəmməd Rza Məhdavi Kani adlı bir İran ayətullası bəyanedirdi ki, bəs, deməzsən, Eynşteyn müsəlman olub, özü də şiə müsəlmanı. MəhdaviKaninin iddiasına görə, guya Eynşteyn ayətullahBurudcerdi ilə İran şahının tərcüməçiləri vasitəsilə məxfi şəkildə məktublaşırmışvə həmin məxfi məktublarında yazırmışki, islam dininin rəvayətləri və hədislərində olan müdriklik, dərin məzmun heçbir başqa dində yoxdur. Guya onun nisbilik nəzəriyyəsində olan müddəaları şiəüləmaları və rəhbərləri hələ neçə əsr bundan qabaq söyləyibmiş. Kani bu deyilənlərləkifayətlənməyib daha da uzağa gedir və bildirir ki, Məhəmməd peyğəmbərinmeracdan geri dönərkən onun qapısının hələ də yelləndiyini eşidən Eynşteyn deyibmişki, o, tanrıyla görüşə yollanarkən işıq sürətiylə hərəkət edibmiş.

Yeri gəlmişkən, şahüsuli-idarısiylə sıx bağlı olduğuna görə ən ali dini rütbə daşımasına rəğmənbügünkü İran teokratik rejimiylə ulduzu barışmayan həmin ayətullahBurudcerdinin hansı ağlın yiyəsi olduğu barədə dərin bilgilərə malik olmasaq da(hərçənd, Eynşteynlə bağlı söylədikləri fikirlərə istinadən adamın ağlının dəqiqölçülərini müəyyənləşdirmək o qədər də çətin deyil), onun cavankən ali ruhani məqamına yüksəlmiş oğlu Hüseyn Borudcerdi bugün dünyaca məşhur bir İran dissidentidir. O, dinin dövlətdən ayrı olması,qadın-kişi bərabərliyi, İsraillə normal münasibətlərin qurulmasının vacibliyi vəs. bu kimi "küfr”lərinə görə təxminən 15 il bundan qabaq həbs olunaraq ölüm cəzasına məhkum edilib, ancaq sonradanbeynəlxalq təzyiqlər altında həmin ölüm hökmü uzunmüddətli həbs cəzasıyla əvəzlənib.

Eynşteyni buddizminflaqmanı sayan Budda övladlarının fantaziyaları da islamçılardan geri qalmır.Onlar buddizmin guya gələcəyin dini olması barədə Eynşteynə istinadən özlərininquraşdırdqları formaca fərqli, mahiyyətcə Borudcerdinin kəlamlarından heç dəgeri qalmayan yalanları tirajlamaqdan əsla yorulmurlar. Məsələn, həminsitatlardan birinə diqqət edək: "Gələcəyin dini kosmik dindir. O, Allahın şəxsiyyətolması haqqında təsəvvürləri dağıdacaq, ehkamlardan və teologiyadan imtina edəcək.O, təbiəti və ruhu əhatə edərək haqqında bütün şeylərin – təbiətin vəruhun dərk edilməsi həyəcanından doğan dinihisslərə əsaslanacaq. Bu təsvirə yalnız buddizm uyğun gəlir. Əgər müasir elmi tələbatacavab verən bir din varsa, o da buddizmdir”.

Bu böyük alimiözününkü sayanlardan biri də katolik kilsəsisidir. Hərçənd, buddistlərdən vəislamçılardan fərqli olaraq katoliklərin bu iddiaya düşməsinin teoloji olmasada müəyyən siyasi əsasları var, çünki Eynşteyn bu kilsənin heç olmasa bir dəfəbəşəriyyətin maraqları naminə nəsə bir iş gördüyünü, konkret olaraq, Hitlerfaşizminə qarşı barışmaz mövqe tutduğunu yüksək qiymətləndirib. Katolik kilsəsidə onun bu qiymətləndirməsindən xoşhal olduğunu heç xaxt gizlətməyib. İnsafən,vaxtilə Eynşteyn tipli alimləri diri-diri tonqallarda yandıran qosqocaman birkilsəsinin öz qatı ideoloji düşməninin bir xoş kəlməsindən bu cür məmnun olmasıhələm-hələm dini cameələrdə rast gəlinməyən təqdirəlayiq hərəkət, ibrətamiz faktdır.

Burda qısa birhaşiyə çıxaraq qeyd edək ki, Eynşteynin adıyla spekulyasiya eləmək təkcə dinxadimlərinin şakəri deyil, elə elmi dairələrin özündə də imkan düşdükcə onunşöhrəti altında ucuz şəxsi piara hesablanmış kifayət qədər iddialı açıqlamalararast gəlmək mümkündür. Məsələn, "mən və yaxud filankəs Eynşteynin nisbilik nəzəriyyəsinialt-üst etdi” kimi məsuliyyətsizaçıqlamaları çoxlarınız eşitmisiniz. Özü də dəfələrlə. Yəqin ki, tək bizim yox,elmi potensialı təxminən bizim qədər olan başqa ölkələrin sakinlərinin də qulaqlarıbu sayaq lətifələr eşitməkdən yağır olub. Sadəcə, çox istedadsızquraşdırıldığına, gülməli yox, gülünc səsləndiyinə görə həmin lətifələr dünyanınindiki şəffaf informasiya məkanında belə ayaq tutub yeriyə bilmir, doğulduğusürətlə də ölüb gedir.

Ümumiyyətlə, bunisbilik nəzəriyyəsi xeyli qəliz məsələdir vəpeşəkar elmi dairələrin özündə belə onun əsl mahiyyətini nə qədər aliminbaşa düşdüyünü söyləmək çətindir. Əslində, Eynşteyni bütün alimlərin fövqünəqaldıran da, onun adı altında saysız spekulyasiyalara yol açan da bu kəşfinmöhtəşəmliyindən daha çox onun ətrafında hökm sürən müəmmalardır. Həmin kəşfdənsonra dünyanın ən məşhur alimləri tərəfindən Eynşteynin düz on dəfə Nobelmükafatına təqdim edilməsinə baxmayaraq Nobel komitəsi bu mükafatı ona verməyərisk etmədi. Rəsmi olaraq "praktikada təsdiğini tapmayıb” arqumenti əsas gətirilsədə, əslində səbəb bambaşqaydı, səbəb kəşfinmahiyyətini düz-əməlli başa düşməməklə bağlıydı. Komitə axırda alimin hələ 25yaşında kəşf etdiyi Fotoeffekt nəzəriyyəsinə görə ona Nobel mükafatı verməklə həmözünü sığortaladı, həm də tənələrdən yaxa qurtardı.

"Mən adamlarımükafatlandıran və cəzalandıran Allaha inanmıram... Mən ruhun ölməzliyinəinanmıram... Sizin mənim dini inanclarım haqqında oxuduqlarınız yalandır.Davamlı olaraq təkrar olunan yalan... Mən heç vaxt Allaha bir varlıq kimibaxmamışam və bunu da heç vaxt gizlətməmişəm. Əgər məndə dindar adlandırıla biləsibir şey varsa, bu heç şübhəsiz ki, kainatın elmin aşkarladığı şəkildə quruluşunaheyranlıqdan başqa bir şey deyil. Şəxsləşdirilmiş tanrıçılıq mənlik deyil vəolduqca sadəlövh təsir bağışlayır”.

Bu sonuncu abzasisə onun dini baxışlarının qısa rüzümesidir. O bu fikirlərini bir az geniş, biraz qısa şəkildə dəfələrlə yazıb, söyləyib. Axı bundan aydın, bundan konkret necədemək mümkün idi ki, adamın ruhunu, əstəğfürullah, adını rahat buraxsınlar.



TƏQVİM / ARXİV