adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2020 13:27
17402
GÜNDƏM
A- A+

BALIĞI DƏRYAYA ATDI...

Hovard məktəbdə qalan boş vaxtını qapı-qapı dolaşaraq xırda-xuruş şeylər satan kasıb bir uşaq idi. Bir gün qapı-qapı gəzməyinə rəğmən heç nə sata bilməmişdi. Qarnı da çox ac idi. Cibindəki 10 sent də nəsə alıb yemək üçün bəs eləmirdi.

Bir evdən yeməyə bir şey istəməyə qərar verdi. Amma qapını açan gənc qızdan utanıb, yemək yerinə sadəcə, su istəyə bildi. Qız onun av olduğunu başa düşmüşdü. Ona su əvəzinə bir bardaq su gətirdi. Südü yavaşca içdi və dedi:

- Borcum nə qədər eləyir?

Gənc qız:

- Borcunuz yoxdur deyə cavab verdi. Anam mnə öyrədib ki, edilən yaxşılıq üçün pul almaq lazım deyil.

Uşaq:

- Sənə dərindən təşəkkür edirəm.

İllər keçdi. Hovard universiteti də bitirdi.

Bir gün məşhur Cons Hopkins Universitetinin Tibb fakültəsinin D.r Hovard Kellinin qurucu başçısı olduğu Ginekoloji Onkologiya şöbəsinə ağır bir xəstə gətirildi. Heç bir xəstəxanada nə müalicəsini edə bilmişdilər, nə də qarşısını ala.

D.r Hovard Kelly xəstənin orqan nəqlinin edildiyi hissəni öyrənəndə uşaqlıq illərini zatırladı. Müayinə üçün otağa girəndə isə xəstəni o dəqiqə tanıdı. Bu qadın uzun illər əvvəl ona süd verən qız idi. Hovard Kelli xəstə üçün əlindən gələni etdi. Nəticədə qadın ağır xəstəlikdən yaxasını aurtardı.

Qadının evə buraxılacağı gün idi. Əməliyyat daxil, ödəyəcəyi bütün müayinə xərclərinin yazıldığı qəbz qadının otağına göndərildi ki, imzalası. Qadın qorxa-qorxa qəbzi açdı. Bu cür müalicələr baha başa gəlirdi axı. Bilirdi ki, ödəyəcəyi məbləğ çox yüksək olacaq.

Qəbzdə on minlərlə qeyd olunan məbləğ, kənarda isə Hovard Kelli imzalı bir qeyd vardı:

- Bir bardaqlıq süd ilə ödənilib.