adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 May 2020 11:17
20410
GÜNDƏM
A- A+

TELEVİZİYA RƏHBƏRLƏRİNİN MENYUSUNA

Televiziya dünyasının unudulmaz rəhbərləri olub.

Rocer Alies (1940-2017) bu adların ən başında gəlir. Şübhəsiz ki, mediya tarixinin ən mübahisəli adamıdır.

Amerikanın sağçılarının ən öndə çəkilən adlarındandır. Respublikaçılar Partiyasının ən odlu-alovlu tərəfdarlarından biri idi.

Amerikanın eks-prezidentləri Riçard Nikson və Corc Buşla işləyib. Donald Trampı namizəd olmağa razı saldı, gizlicə söz elçisi oldu. Amma əsl işi televiziya işi idi.

Rocers Aliesi zirvəyə qaldıran Rupert Murdox ilə qurduğu "Fox News”oldu. Xəbər kanalını uzun illər ABŞ-ın ən çox baxılan TV-sinə çevirdi. Bəs, bunu necə bacardı?

1995-ci il.

FOX News quruluş işləri ilə məğul ikən Murdox sağ qolu İan Rae kimi sistemin üst idarəçilərinin qoşulduğu görüş təşkil etdi. Yeni xəbər kanalının yayım siyasətinin necə olmağı barədə təkliflər irəli sürüldü. Hamı "əla” deyib rəy verdi.

Rəhbər Murdox masanın arxasında oturan Rocer Aliesə çevrilib dedi:

- Sən nə deyirsən, Rocer?

Rocer dedi:

- Bircə sualım var, izləyicilərimiz kim olacaq?

Cavab verdilər ki, ən böyük kütlə!

Rocer:

- Məncə, səhv edirsiniz, hamıya ehtiyac yoxdur. Biz siyasətdə baza yaratmaq deyirik buna. Hədəf kütləmizi biz yaradacağıq. Kimlər? Amerikanın sahibləri, yəni ölkənin yarısı. Biz bu insanlara eşitmək istədiklərini, görmək istədiklərini verəcəyik. Baxın, bizdən başqa kanallar demokrat liberallara oynayır. Yəni ölkənin digər yarısına. Buraxaq CNN-dən CNBC-yə qədər bütün kanallar ölkənin yarısı üçün öz aralarında mübarizə aparsınlar. Biz ölkənin qalan yarısına liderlik edək.

Rocer Alies bunu bacardı!

FOX News Amerikanın sahiblərinin yeganə kanalı oldu.