BİR DƏ ÖMRÜMÜZƏ QAYITMAZ BU GÜN...

İRADƏ TUNCAY
51387 | 2007-10-12 01:42

Hər yerdə harınlar kef atındadı,
   
   Dərdlini yedəkdə dərd sürüyürdü,
   
   Harda qara gördüm yük altındadı,
   
   Harda qara gördüm yer süpürürdü.
   
   Əslində poeziya nədir sualına kimsə doğru-düzgün cavab verə bilməz. Özü deyirdi ki, "Şer ürəkdə sevinci, qəmi kəşf edir. Şer möcüzədir, müəmmadır, zamana verilən böyük sualdır, zamanın sualına bir sualla cavabdır. İnsanı dərddən xilas edən insanın dərd yüküdür. Hardasa xoş, hardasa giley-güzardı. Bir az nəsihətdi, bir az vəsiyyətdi".
   
   Bu qarmaqarışıq, hərənin bir tərəfə, bir səmtə çəkdiyi mühitdə müvazinət saxlamaq, ləngər saxlamaq çətin işdir. Hələ üstəlik dövrün, zamanın bir parçasını özündə gəzdirirsənsə, ürəyinin yarasında xalqın əzabını gəzdirirsənsə bu yüklə "fil olsa, nər olsa qəddi əyilərsə" şair dahamı güclü, qüdrətlidi?
   
   
   
   ***
   
   "Əsl şair dünyaya gəldiyi gündən çox-çox əvvəl doğulur. O, bir zərrəcik kimi xalqının ürəyindən qopur, doğulacağı torpağa düşür, xalq nəfəsi işığa, istiliyə dönüb ona boy verir, vətən küləkləri ona səs gətirir. Vətən ağacları qol-budaq, Vətən dağları ona böyümək hissi aşılayır".
   
   Bu da onun fikirləridi şer, sənət haqqında. Vaxt-vaxt vərəqləyib yaddaşımda canlandırıram. "Sənət sarayı belədir ki, heç vaxt tikilib qurtarmır, bir əl öz daşyonanını başqa ələ tapşırır; bu binanın boyu bəşərin yaşı qədər uzanır. Poeziya yüz illərdi ki, öz monoloqunu deyir. Ədəbiyyatşünaslıq, tarix, fəlsəfə isə çoxdan bəri müəllifi xalq olan bu fikri müxtəlif şəkildə təsdiqləyir".
   
   
   
   ***
   
   Bəzən ... Yox, belə demək düz olmayacaq, hər zaman onun yazdıqlarını yenidən vərəqləyəndə ürəyimdə bir gizilti, bir ağrı olur. Biz onunla üzbəüz oturub bu sətirlərdən keçən hissləri paylaşa bilmədik. Əvvəl uşaq idim anlaya bilməzdim, anlaya bildiyim vaxt isə danışmağa nitqi yox idi. Bəlkə də çoxumuz indi yanımızda olmayanları belə təəssüf hissi xatırlayırıq. Nələrəsə vaxtında qulaq asa bilmədik...
   
   ... Bir dəfə Krımda istirahət edən şairin ona yazdığı məktubu oxudum.Yəni məktub stolun üstündə açıq qoyulmuşdu, mən də baxdım. Kiməsə ünvanlanmış qəribə, təhqiramiz ifadə var idi orda. Kim olduğunu soruşdum. Çox sərt - neyləyirsən - dedi. Ondan sonra nə məktublarda, nə məqalələrdə, nə də şerlərdə eyhamla adı çəkilənlərin ünvanını öyrənmək istəyim qaldı. Bir az da yaşım artandan sonra artıq özüm hansı sözün kimə yönəldiyini ayırd edə bilirdim. Əslində o, ətrafındakı kiçiklərlə söz güləşdirmək həvəsində də deyildi.
   
   
   
   Qoy bu gün tərifə öyrənişənlər,
   
   

TƏQVİM / ARXİV