adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 May 2020 10:23
22791
ELM VƏ TƏHSİL
A- A+

Bakı Ali Neft Məktəbində onlayn final imtahanları davam edir

Bakı Ali Neft Məktəbi (BANM) təhsilin nəticələrinin qiymətləndirilməsi üçün onlayn final imtahanlarını davam etdirir. Ölkədə ilk dəfə olaraq BANM-də təşkil olunan onlayn imtahanlar may ayının 18-də yekunlaşacaq.

BANM-dan Adalet.az-a verilən məlumata görə, onlayn imtahanların obyektivliyi və plagiatlığın qarşısının alınması beynəlxalq təcrübəyə uyğun olaraq Ali Məktəb tərəfindən hazırlanmış Şərəf Kodeksi əsasında təmin edilir. İmtahanlar LMS (Learning Management System - Öyrənmənin idarəolunması sistemi) üzərindən reallaşdırılır.

Qeyd edək ki, bu sistem yerli mütəxəssislər tərəfindən ilk dəfə olaraq Bakı Ali Neft Məktəbi üçün hazırlanıb.

Bundan əlavə, Bakı Ali Neft Məktəbinin tələbələri ABŞ-ın Stanford Universitetinin lisenziyalı "Coursera for Campus” qlobal distant tədris proqramının təklif etdiyi kurslarda uğurla iştirak edərək sertifikatlar əldə ediblər.

Ümumilikdə proqram çərçivəsində kurslarda Ali Məktəbin 411 tələbə və müəllimi iştirak edib. Bura "Proseslərin avtomatlaşdırılması mühəndisliyi”, "İnformasiya təhlükəsizliyi” ixtisaslarının II, III, IV və V kurs tələbələri (həm bakalavriat, həm də magistratura), Hazırlıq ("Foundation”) kursunun 195 tələbəsi, MBA proqramının bütün tələbələri daxildir. Dərslər nüfuzlu Amerika, Avropa və Asiya universitetlərinin professor-müəllim heyəti tərəfindən distant formada aparılıb.

Kurslardan sertifikat əldə etmiş tələbələrə müvafiq fənlər üzrə final imtahanlarından azad olmaq imkanı yaradılıb.
Qeyd edək ki, BANM-də təhsil Böyük Britaniyanın Heriot Vatt Universitetinin tədris proqramlarına əsasən həyata keçirilir, buna görə də semestr dərsləri də digər ali təhsil müəssisələrinə nəzərən daha öncə başlayır və yekunlaşır.