adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
15 May 2020 10:07
39425
KRİMİNAL
A- A+

Bakıda mənzillərdən oğurluq edən azyaşlılardan ibarət dəstə yaxalandı

Bakıda mənzillərdən oğurluq edən dəstə yaxalanıb.

Hadisə paytaxtın Nəsimi rayonu ərazisində baş verib. Bakı şəhər sakini Anar İmanov Nəsimi rayon Polis İdarəsinə müraciət edərək bildirib ki, mayın 13-də axşam saatlarında evinə gələrkən naməlum şəxslərin onun mənzilinə daxil olmağa cəhd etdiyini görüb. Həmin şəxslər onu görüb hadisə yerindən qaçıblar.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər Cinayət Məcəlləsinin 177-ci (oğurluq) və 178-ci (dələduzluq) maddələri ilə məhkum olunan, 2004-cü il təvəllüdlü İlkin Salayev, Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsilə əvvəllər məhkum olunmuş, Qazax rayon sakini, 2005-ci il təvəllüdlü Xəyal Vəliyev və onun qardaşı 2002-ci il təvəllüdlü Oruc Vəliyev saxlanılıblar.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həmin şəxslər mayın 12-də Nəsimi rayonu, Cavadxan küçəsində H.Almirzəyevin evindən pul, bank kartı və 450 manat dəyərində mobil telefon oğurlayıblar.

Faktla bağlı araşdırmalar davam edir.