adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2020 23:37
51151
MARAQLI
A- A+

Mütəxəssislər mobil telefonların dezinfeksiyası ilə bağlı tövsiyələr verib

"Samsung” şirkəti rəsmi saytında koronavirus pandemiyası dövründə mobil cihazların dezinfeksiyasına dair tövsiyələr dərc edib.

REN TV xəbər verir ki, məlumatda smartfonların gün ərzində azı bir dəfə dezinfeksiyaedilməsi məsləhət görülür.

Şirkətintədqiqatçıları qeyd edir ki, viruslar metal və plastik səthlərdə azı 2-3 gün yaşaya bilir.

Aparılan araşdırmaların nəticələrinə görə, istifadəçilər hər gün orta hesabla 52 dəfə smartfona toxunur. Üstəlik, mobil cihazı yaxın məsafədən istifadə edərkən virusların insana ötürülmə intensivliyi yüksək olur.

Mobil cihazların nazik lifli parçaya hopdurulmuş spirt və distillə edilmiş su ilə təmizlənməsi tövsiyə olunur. Təmizləmədən əvvəl cihaz söndürülməlidir.