adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 May 2020 22:50
71945
MƏDƏNİYYƏT
A- A+

Əlyazmalar İnstitutu 325 əlyazma kitabını rəqəmsallaşdırıb

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsi tərəfindən 325 türkdilli, ərəbdilli və farsdilli əlyazma kitabı rəqəmsallaşdırılaraq elektron kitabxananın bazasına daxil edilib.

İnstitutdan Adalet.az-a verilən məlumata görə, elektronlaşdırılmış əlyazmalar mühafizə məqsədilə ehtiyat xarici yaddaş qurğularına köçürülüb:

"Hazırda əlyazmaların elektron kitabxanasının bazasında 4600-dən çox kitab abidəsi saxlanılır. Bunlardan elmi müəssisənin tədqiqat aparan alim və mütəxəssisləri istifadə edə bilərlər".

İnstitutdan qeyd edilib ki, əlyazmaların elektron kataloqunun yaradılması prosesi də davam etdirilir. Artıq "Turkdilli əlyazmalar”ın elektron kataloquna 1800 kitab abidəsi daxil edilib. İnstitutun fondlarında mühafizə olunan "Miniatürlü əlyazmalar”ın elektron kataloqunun bazası yaradılıb, 67 əlyazma kataloqa salınıb. Hazırda 11 mindən çox yazı təşkil edən əlyazma abidələrinin və əski çap kitablarının elektron kataloqunun oxuculuq keyfiyyətini artırmaq məqsədilə 800 yazı redaktə olunub.