Türkiyənin "Beşiktaş” klubunun prezidenti Əhməd Nur Çebi COVİD-19-a yoluxub.
Adalet.az xəbər verir ki, bu barədə klub rəsmi məlumat yayıb.
Bildirilir ki, klub rəhbərinin COVİD-19 test nəticələri pozitiv çıxıb.
Məlumata görə, Əhməd Nur Çebinin müalicə prosesləri artıq başlayıb.