adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
14 May 2020 21:27
21142
ŞOU-BİZNES
A- A+

Əməkdar artistdən Röyanın imic qalmaqalına sərt reaksiya: “Allah onların cəzasını versin”

"Röyanı çox bəyənirəm. İstəməzdim ki, Natavan, Səidə və Röyanın arasında belə cılız məsələlərə görəqalmaqal yaşansın. Qızların arasına girib, zəhər toxumlarını səpən insanların da Allah cəzasını və payını versin!”

Bu sözləri Əməkdar artist Lalə MəmmədovaOxu.Az-ın əməkdaşı ilə söhbətində deyib.

Dünya şöhrətli stilist və vizajist Anar Ağakişiyevə məxsus Röyanın yeni imici həmkarları Səidə Sultan ilə Natavan Həbibi tərəfindən birmənalı qarşılanmayıb. Onlar Xalq artistinin yeni görünüşünü başına qaxınc edərək, sosial mediada sərt fikirlərini bölüşüblər.

Üç sənətçi arasında alovlanan qalmaqallı məsələyə Əməkdar artist bu fikirləri ilə su səpib:

"Röya, Natavan və Səidə Azərbaycan estradasının sevilən sənətçiləridir. Heç biribir yerdə oturmağı sevmir. Davamlı şəkildə öz üzərilərində çalışırlar. İnanın ki, onların qalmaqalına şahidlik edəndə ürəyim ağrıdı.

Röya canını səhnəyə qoyur. Fotosessiyasını dabəyəndim. Amma fotosessiyadan paylaşdığı ilk şəklidaha çox xoşuma gəldi. Hətta o fotonun altına "Səni yanmayasan” (gülür) sözlərini yazdım.Röya çılğındır, dəlisovdur. Səhnə obrazı da bənzərsizdir”.

Röyanın qalmaqallı və açıq-saçıq fotosessiyasından edə bilməyəcəyini deyənL.Məmmədova mövzu ilə bağlı fikirlərini bu cür tamamlayıb:

"Fotosessiya edən insan repertuarını, səhnə tərzini və obrazını ortalığa çıxarır. Dünya ulduzları Cennifer Lopez və ya Rihanna kimi fotosessiya etsəm, kənardan səmimi görünməyəcəyəm, düzgün alınmayacaq, inandırıcı olmayacaq. Çünkioxuduğum mahnılar və həyat tərzim onlarla uyğunluq təşkil etmir. Röyanın təqdim etdiyi açıq-saçıq fotosessiyadan edə bilmərəm. Tərzlərimiz, seçimlərimiz başqadır”.