adalet.az header logo
  • Bakı 11°C
14 May 2020 21:10
14232
İDMAN
A- A+

UEFA çempionatlarla bağlı tələbləri yumşaltdı

UEFA dayandırılan milli çempionatların taleyi vəyeni mövsümün başlanması ilə bağlı assosiasiyaların qarşısına qoyduğu tələbləri yumşaldıb.

Qol.az xəbər verir ki, bunu qurumdan "Sport-Ekspress"ə açıqlamada bildiriblər.

Artıq UEFA milli federasiyalardan çempionatların bərpası və 2020/2021 mövsümünün başlanğıc tarixləri barədə mayın 25-dək hesabat vermələrini tələb etməyəcək.

UEFA rəhbərliyinin bəzi ölkələrin mövcud vəziyyətlə bağlı müxtəlif məhdudiyyətlərə görə detallı plan hazırlaya bilməyəcəyini anladığı bildirilib.

Qeyd edək ki, UEFA-nın son iclasında yerli assosiasiyalar ölkədəki vəziyyət əlverişli olmadığı halda ən geci 25 mayadək yarışların gələcək taleyi barədə Avropa Peşəkar Futbol Liqası və UEFA-ya məlumat verməli oluqları bildirilmişdi.