adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 May 2020 20:32
14558
İDMAN
A- A+

Şevçenkodan “Milan” açıqlaması

Ukrayna millisinin hazırkı baş məşqçisi Andrey Şevçenko etiraf edib ki, o, nə vaxtsa "Milan”a rəhbərlik etmək istəyir.

Qol.az-ın xəbərinə görə, əfsanəvi futbolçu "Tuttosport”a müsahibəsində deyib: "Mənim hədəfim odur ki, nə vaxtsa "Milan”a məşqçi kimi qayıdım. Milan mənim ürəyimdədir. Ümid edirəm ki, bizim ayrılığımız müvəqqətidir. Əlbəttə, hər şey klubdan asılıdır və indi baş verə bilməz. Çünki indi bütün fikrim çalışdırdığım Ukrayna millisi ilə bağlıdır”.

Xatırladaq ki, Şevçenko 1999-2006-cı illərdə və 2008/2009 mövsümündə "Milan”da oynayıb.