adalet.az header logo
  • Bakı 17°C
14 May 2020 19:52
9263
HADİSƏ
A- A+

Rusiyada yaşayan azərbaycanlı biznesmenin 17 yaşlı oğlu qəza törətdi - FOTO

Rusiyada yaşayan azərbaycanlı biznesmenin 17 yaşlı oğlu Adil Mirzəyev avtomobillə gənc qızı vurub.

"Tsarqrad” nəşrinin verdiyi məlumata görə, hadisə Perm diyarında qeydə alınıb.

Məlumata görə, işıqforun qırmızı işığından yüksək sürətlə keçən avtomobilin zərbəsi o qədər güclü olub ki, Mariya adlı 24 yaşlı piyada 40 metr kənara düşüb. Hadisə yerinə təcili yardım maşını gələnə qədər qız dünyasını dəyişib.

Qəzanı törətmiş yeniyetmə maşında tək olmayıb, həmin vaxt yanında üç dostu da var imiş. Hadisədən sonra o, qıza yaxınlaşmayıb, sadəcə telefonu götürüb, harasazəng edib. Bundan sonra hadisə yerinə 10-11 maşınla Azərbaycan diasporunun nümayəndələri gəlib.

Qızın ölümü ilə bağlı "ehtiyatsızlıqdan adam öldürmə” maddəsi üzrə cinayət işinə başlanıb.(oxu.az)