adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
15 May 2020 09:40
146952
MƏDƏNİYYƏT
A- A+

“Məşədi İbad” filminin Gülnazı: Tamara Gözəlova haqqa qovuşdu

Azərbaycan aktrisası, diktoru və mədəniyyət xadimi Tamara Gözəlova vəfat edib.

Adalet.az xəbər verir ki, bu barədə mərrhumun oğlu Vasif Ağamirov xəbər verilib.

O bildirib ki, anası uzun müddət onkoloji xəstəlikdən əziyyət çəkib: "Anam günorta saatlarında vəfat edib. Bu gün dəfn ediləcək”.

Qeyd edək ki, Tamara Gözəlova-Ağamirova1940-cı il fevralın 14-də Bakıda, İçərişəhərdə ziyalı ailəsində anadan olub. 1957-ci ildə Bakıdakı 190 saylı orta məktəbi, 1965-ci ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin kitabxanaçılıq şöbəsini bitirib.


1965-ci ildən 2011-ci il yanvarın 18-nə qədər M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasında şöbə müdiri vəzifəsində çalışıb. 1956-1959-cu illərdə Bakı Televiziya Studiyasında işə başlayan T.Gözəlova Azərbaycan Dövlət Televiziyasının ilk xanım diktoru olub.

Azərbaycan kinosunun şah əsəri sayılan, Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında çəkilən ilk rəngli və tammetrajlı, el arasında "Məşədi Ibad” adıyla məşhurlaşan "O olmasın, bu olsun” filmində məşhur Gülnaz rolunu canlandırıb.


Əntiqə Rəşid