adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
14 May 2020 16:28
8279
GÜNDƏM
A- A+

Azərbaycanda daha 121 nəfər koronavirusa yoluxdu, 44 nəfər sağaldı

Azərbaycan Respublikasında 121 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 44 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Hazırkı dövrədək ölkəmizdə 2879 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 1833 nəfər müalicə olunaraq sağalmış, 35 nəfər vəfat etmiş, 1011 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 29 nəfərin vəziyyəti ağır, 38 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.

Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 214.291 test aparılmışdır.