adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
14 May 2020 15:48
13281
DÜNYA
A- A+

Rusiyanın mədəniyyət naziri koronavirusdan sağalıb

Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova koronavirus infeksiyasından sağalıb.

Adalet.az-ın məlumatına görə, bu barədə nazir özü bildirib.

O, xəstəliyin yüngül formada keçdiyini və evdə müalicə olunduğunu deyib.

O.Lyubimova işə başladığını deyib.

Qeyd edək ki, koronavirus pandemiyası dövründə Rusiyanın Baş naziri Mixail Mişustin, Tikinti və Mənzil-Kommunat Təsərrüfatı naziri Vladimir Yakuşev və prezidentin mətbuat katibi Dmitri Peskov virusa yoluxub.