adalet.az header logo
  • Bakı 18°C
14 May 2020 11:25
14076
DÜNYA
A- A+

Çin raketinuin fraqmentləri Koyt-d-İvuara düşüb

11 may tarixində yerli vaxtla saat16-da Kot-d-İvuarın Bolanda departamentində yerləşən Maxuna kəndinə qulaqbatlrıcı səslə təxminən 10 metr uzunluğunda metal truba düşüb. "Afriksoir"in yaydığı məlumata görə obyekt binanın yaxınlığına düşüb, Ziyan çəkən olmayıb.

Güman edilir ki, həmin truba Çimnin 5 may tarixiində Vençan kosmodromundan orbitə göndərilən "Çançjen-5B" raket daşıyıcısının fraqmenti ola bilər.

Çin istesalı olan bu kosmik gəmi pilotsuz, yerdən idarə olunan, araşdırma üçün nəzərdə tutulan kapsulanı yerə qaytaran yeni nəsil raketdi. "Sinxua" agentliyinin məlumatına görə kosmodromdan uçuşa buraxılan daşıyıcı raket 488 saniyədən sonra kosmik aparatdan ayrılaraq nəzərdə tutulmuş orbitə çıxıb.

TASS ABŞ -Hərbi Dəniz Donanmasının kosmik məkana nəzarət edən 18-ci eskadrilyasının mətbuat xidmətinin Twitterdə yaydığı məlumata əsasən bildirir ki, Atlantik okeanı üzərində kosmik aparatdan ayrılan daşıyıcı raket 11 may tarixində atmosferdə yanıb.

Ola bilər ki, raket atmosferdə tamamilə yanmayıb və onun müəyyən fraqmentləri Qərbi Afrikaya düşüb. Yerli KİV-lərə istinadən Forbes məlumat verir ki, N"Quinu kəndindədə bir ev göydən düşənbir əşya nəticəsində dağılıb.


Hazırladı: Rüstəm HACIYEV