adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
14 May 2020 10:18
39048
ƏDƏBİYYAT
A- A+

Əbülfət MƏDƏTOĞLU: İÇİMDƏKİ HEYKƏLİM

Elə yerdə durmuşam
Külək, yağış da vurur...
Qəmdən çadır qurmuşam -
Damında ah oturur...

Gün nuru candan keçir
Ay nuru bəbəyimdən...
Ürəyim şirə içir -
Dərdlərin kəpəyindən...

Adımı yazdırmışam -
Gumanımın ipinə...
Ruhumu basdırmışam -
Təkliyimin küpünə...

Durduğum yer görünür -
Hətta yerin dibindən -
Bədxərclik edən əlim -
Çıxmır dərdin cibindən!