adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7

YOLDAŞ ÇE

İRADƏ TUNCAY
66152 | 2007-10-06 04:07

Ovqatım pəncərədən mənə baxan tutqun səhər kimidi. İçimi saran duyğuların hökmüylə ağlımdan ürəyimə gələn bütün yolları, bütün cığırları bağlamışam. Bütün saxtakarlıqlardan, riyalardan, həsəddən, yalançı sevgilərdən, doğruçu yaltaqlıqdan uzaqlaşıb içimə qapanmaq və öz dünyamın qəhrəmanları ilə üzbəüz qalmaq istəyirəm. Təmənnalı təriflərdən uzaq bir gün yaşamaq istəyirəm. Neçə vaxtdı yadıma düşüb. Səhər gözümü açıb ancaq və ancaq televizorda, köhnə kinoxronikalarda gördüyüm yaraşıqlı üzünü, dağınıq saçını xatırlayıram. Səbəbini anlamıram, niyə gəlib yaddaşıma, niyə çəkilib getmir? Son vaxtlar özümdə qəribə bir keyfiyyət aşkarlamışam. Nədənsiz-filansız fəhmlə xatırladığım insanların taleyində ya hansısa mühüm bir günün tamamı, ya da doğum-ölüm tarixlərinin ildönümü olur. Tamam unutsam da həmin ərəfədə yadıma düşürlər.
   
   ...İnternetdə qurdalanıram.

TƏQVİM / ARXİV