adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 May 2020 23:22
17828
DÜNYA
A- A+

Türkiyədə ən uzunömürlü insanların yaşadığı rayonda koronavirus yoxdur

TürkiyəninOrdu vilayətinin Gölköy rayonunda indiyə qədər koronavirus aşkarlanmayıb.

"Haber7” məlumat verir ki, Aralıq dənizi Universitetində dərc edilmiş "Qocalma Atlası”nda rayon Türkiyədə ən uzunömürlü insanlarının yaşadığı yer olaraq göstərilib.

Rayon sakinləri epidemiya və digər xəstəliklərə qarşı sağlam həyatın sirrinin istehlak etdikləri təbii məhsullar olduğunu deyiblər.

Orta yaşın 82 olduğu rayonda 70-80 yaşlı insanların əksəriyyəti hələ də bağ-bostanda işləyir vəistehsal etdikləri məhsullarla qidalanırlar.

Gölköyün bələdiyyə başçısı Fikri Uludağ da 12 ay ərzində rayonunheç bir sakinində koronavirusa rast gəlinmədiyini insanların təbii məhsullarlaqidalanması ilə izah edib.