adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
13 May 2020 21:45
15810
İDMAN
A- A+

Maaşlarının azaldılmasına görə məşqdən imtina etdilər

İspaniyanın "Elçe” klubunun futbolçuları məşqə çıxmaqdan imtina ediblər.

Qol.az "Football Espana”ya istinadən xəbər verir ki, oyunçular maaşlarının azaldılmasına etiraz olaraq bu addımı atıblar. Komanda üzvləri bugünkü məşqə gəlməyiblər.

Futbolçuların klub rəhbərliyi ilə aralarındakı gərginliyin əsas səbəbi kimi məşqçi heyətinin əvvəlki maaşlarının bərpa edilməsi, onlarda isə artımın olmaması göstərilir.

Qeyd edək ki, "Elçe” Sequndada 46 xalla 6-cı pillədə qərarlaşıb.