adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 May 2020 21:34
16799
DÜNYA
A- A+

Hitlerin əli ilə SSRİ-ni dağıtmaq... - Kəşfiyyatçıdan şok iddia

Qərb, İkinci Dünya Müharibəsində Hitlerin əli ilə SSRİ-ni dağıdacağına ümid edirdi.

Adalet.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu israilli keçmiş kəşfiyyatçı, politoloq Yakod Kedmi deyib.

Ekspertin fikrincə, nasistlərin lideri Adolf Hitler müstəqil bir fiqur idi, lakin bir çox qüvvələr səhvən ondan istifadə edə biləcəklərinə inanırdılar.

Kedmi hesab edir ki, o dönəmdə müharibədən qaçmaq mümkün deyildi, amma Hitlerin SSRİ-yə qarşı şansı yox idi:

"Hitler müstəqil bir şəxs idi. Ancaq tarixdə olduğu kimi, bir çoxları onun uğurlarından öz məqsədləri üçün yararlanmaq üçün onu dəstəkləyəcəklərinə ümid edirdilər. Ümid edirdilər ki, onu siyasətlərinə tabe edə biləcəklər və onlara qarşı düşmənçilik hərəkətlərindən çəkinəcək.

O dövrdə Qərb hərbi gücünün özünə qarşı yönələcəyindən şübhələnmədən, SSRİ-dən qurtulacağına ümid etdiyi müharibədə Hitlerə kömək etdi. Müharibənin əvvəlində faşistlərin şansları olsa da, Sovet İttifaqını məğlub edə bilməzdilər. Bu qələbə SSRİ-nin gücü ilə qazanıldı”.