adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
13 May 2020 19:32
14435
İDMAN
A- A+

İspaniya klubunun futbolçuları tətil elan etdi

İspaniyanın "Elçe” klubunun futbolçuları və işçiləri əməkhaqlarının azaldılmasına etiraz olaraq tətilə başlayıblar.

Trend-in məlumatına görə, futbolçular məşqlərə çıxmaqdan imtina ediblər.

Klub rəhbərliyi koronavirus pandemiyası ilə əlaqədar yaranmış maliyyə vəziyyəti ilə bağlı futbolçuların, eləcə də digər əməkdaşların əməkhaqqını 30 faiz azaldıb.

Qeyd edək ki, mart ayından etibarən pandemiya ilə əlaqədar bütün ölkələrdə, o cümlədən İspaniyada idman yarışları dayandırılıb.