adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
13 May 2020 19:00
75286
TEXNOLOGİYA
A- A+

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək

NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması ilə bağlı etiraz məktubu göndəriləcək.

Trend-in məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması məsələsinə münasibət bildirərkən deyib.

"NASA-nın layihəsində Azərbaycanın ərazi bütövlüyünün pozulması halından xəbərimiz var. Biz belə hallarda təmasa keçirik və etirazımızı bildiririk, təhrif olunmuş hallar aradan qaldırılır. Bu halla bağlı ABŞ-dakı səfirliyimiz tərəfindən aidiyyəti etiraz məktubunun göndərilməsi nəzərdə tutulub”.