adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 May 2020 18:44
73947
MƏDƏNİYYƏT
A- A+

Məktəb tikintisi zamanı tarixi abidə aşkarlandı - VİDEO

Qobustan rayonunun Sündü kəndində məktəb tikintisi aparılan ərazidə tarixi abidə aşkarlanıb. Əldə edilən maddi mədəniyyət nümunələrinə əsasən, ərazinin antik dövrə aid nekropol olduğu müəyyənləşdirilib. Ölkədə karantin rejimi bitdikdən sonra burada arxeoloji qazıntıların aparılması təşkil olunacaq.

Qeyd edək ki, Qobustan rayonunun Sündü kəndi tarixi baxımdan unikal yerdir. Kənd ərazisində Mədəniyyət Nazirliyi tərəfindən qeydiyyata alınmış 36 qədim qəbiristanlıq, 920-ci ildə inşa edilmiş məscid, kurqan, 16 mağara, qədim yaşayış yeri mövcuddur.

Ətraflı Baku.TV-nin süjetində: