adalet.az header logo
  • Bakı 19°C
13 May 2020 17:23
10239
GÜNDƏM
A- A+

Azərbaycanın koronavirusla mübarizədə maddi və humanitar yardımlar etdiyi ölkələrin adları açıqlandı

Azərbaycan koronavirusla mübarizə istiqamətində bir sıra ölkələrə maddi və humanitar yardımlar göstərib və göstərməkdə davam edir.

Adalet.az-ın məlumatına görə, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi brifinqdə deyib.

H.Hacıyev bildirib ki, Azərbaycan Macarıstan, Pakistan, Bosniya, Tacikistan, Qırğızıstan və digər ölkələrə maddi və humanitar yardımlar göstərib.

O qeyd edib ki, hazırda Serbiya Respublikasına və fələstinli qaçqınlara da yardımların göstərilməsi istiqamətində işlər aparılır.

H.Hacıyev vurğulayıb ki, bütün bunlar Azərbaycanın koronavirusla bağlı mübarizəyə beynəlxalq səviyyədə göstərdiyi mühüm dəstəkdir.