adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
13 May 2020 16:46
12360
HADİSƏ
A- A+

Qızılağac Milli Parkında ov edən şəxs saxlanıldı

Qızılağac Milli Parkının əməkdaşları tərəfindən milli parkın su-bataqlıq ərazisində ov edən şəxs saxlanılıb.

Adalet.az-ın məlumatına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən aparılan araşdırma zamanı brakonyerin Masallı rayon Xırmandalı kənd sakini İsaq Qasımov olduğu müəyyən edilib. Ondan ov tüfəngi və ovlanmış 2 çöl donuzu götürülüb.

Təqsirkar şəxs barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Lənkəran rayon Polis Şöbəsinə müraciət olunub.