adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
14 May 2020 08:54
26262
ŞOU-BİZNES
A- A+

Rihannanın alt paltarı reklamında yeni ism: Sidni Svini...

Yadınızdadırsa, amerikalı müğənni Rihanna sahibi olduğu "Savage X Fenty” brendindən olan alt paltarları ilə fotolarını paylaşmışdı. O vaxt qüsursuz bədən quruluşu və uğurlu musiqi karyerası ilə diqqətləri üzərinə yönəldən Rihannanın paylaşımına təxminən üç milyon "layk”, 22 min şərh gəlib. Sosial şəbəkə istifadəçiləri müğənninin bədən quruluşuna heyran qaldıqlarını bildirmişdilər. 

Dizaynını etdiyi alt paltarlarının modelliyini də edən Barbadoslu müğənni satışa çıxaracağı alt paltarlarında çiçək bəzəklərinə üstünlük verib.

Məşhur Amerikalı aktrisa Sidni Svini müğənni və dizayner Rihannanın "Savage X Fenty" alt paltarının reklam kampaniyasında iştirak edib.


Adalet.az xəbər verir ki,, foto Svininin "İnstagram" hesabında yerləşdirilib.

22 yaşlı aktrisa çəhrayi rəngdə dəst geyinərək çəhrayi hamam otağında şəkil çəkdirib.
Xatırladaq ki, Rihannanın özü də yeni kolleksiyadan olan alt geyimdə şəkil çəkdirib. 

Brendin saytında dəstin yuxarı hissəsinin qiyməti 64 dollar, aşağı hissəsinin qiyməti isə 30 dollardır. 

Əntiqə Rəşid