adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 May 2020 14:03
18256
DÜNYA
A- A+

Paşinyan həyəcan təbili çalır

Rusiyanın "Radio Sputnik" yayımı "Qazeta.ru"ya istinadən bildib ki, Emənistan əhalisi özünütəcrid rejimini pozmaqla vəziyyəti çətinləşdirə bilər.

Pandemiya ilə bağlı həyəcan təbili çalan Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Yerevanın iqtisadi durumu ilə əlaqədar bəzi sahələrdə tədruicən yumşalmaya getmək məcbiruyyətindən istifadə edərək əhali kütləvi şəkildə küçələrə çıxır. Qaydallara əməl etməyərək sosial məsafəni saxlanılmır. Ölkədə koronavirus sürətə yayılmağa başlayıb.

"Əgər belə davam etsə vəziyyət pisləşəcək və biz yenidən sərt tədirlərə əl atmaq məcburiyətində qalacağıq"-deyə feysbookdakı səhifəsindən xalqa ünvanladığı videomüraciətində bildirib.

Ermənistan səhiyyə nazirliyinin 13 may 2020-il tarixinə olan məlumatda bildirilir ki, hazırda ölkədə 3718 nəfərdə COVİD-19 aşkarlanıb, 48 nəfər ölüb.

Radio Sputnik qeyd edir ki, Ermənistan koronavirusla mübarizədə göstərdiyi köməkliklərə görə Rusiyaya minnətdarlıq etməsinidə yaddan çıxarmayıb.

Deyəsən ermənilər paşikin Şuşada yeyib içdiklərini burnundan gətirmək istəyirlər.


Rüstəm HACIYEV