adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
14 May 2020 09:04
57818
MARAQLI
A- A+

Basketbolçu Şimali Koreya lideri Kimlə görüşündən: Dəli olana kimi sərxoş olduq

Şimali Koreya Lideri Kim Yonq Unla dostluq etdiyi ortaya çıxan NBA ulduzu basketbolçu Dennis Rodman illər əvvəl etdiyi ziyarətdə başına gələnləri danışdı. O, Kimlə bağlı maraqlı məlumatlar verdi.

Dünya koronavirusla boğuşarkən qəfil qeyb olan və öldüyü iddia olunan Şimali Koreya lideri Kim Yonq Un dünya mediyasının gündəmindən düşmür. 1 mayda yayılan fotolarda "buradayam” mesajı versə də, Kimin dublyordan istifadə etdiyi və ürək əməliyyatından sonra ayağa qalxa bilməyəcək qədər pis vəziyyətdə olduğu deyilirdi.

Bu ərəfədə NBA-nın ulduzu Dennis Rodman Kimlə dostluq əlaqələrindən danışdı. Mayk Taysonun "Podcast” verilişinə gələn 59 yaşlı Rodman 2013-cü ildə Şimali Koreya ziyarəti və Kimlə keçirdiyi zamandan bəhs edib.



ÖLKƏMİ BƏYƏNDİNMİ?

Rodman ölkə liderinin kim olduğunu bilmədiyini deyərkən "Bir-iki foto çəkdirib və sonra basketbol oynayacağımızı düşündüm. Şimali Koreya haqqında heç bir şey bilmirəm. Matçı izlədikdən sonra yanıma gəldi. Ölkəsini bəyənib-bəyənmədiyimi soruşdu. Mən də ona çox gözəl olduğunu, bəyəndiyimi dedim.

ƏVVƏLCƏ JORDANI ÇAĞIRIBMIŞ

Kimin əvvəlcə köhnə komanda yoldaşı Mixael Jordanı çağırdığını, amma yaxşı cavab almayınca özünün dəvət edildiyini danışan Rodman deyib:

"Daha sonra məni evinə dəvət etdi. Yemək yeyib dəli olana kimi sərxoş olduq. Karaoke qurub mahnı oxumağa başladı. Nə dediyini heç başa düşmürdüm. 18 qadından ibarət bir qrup gəldi və Dallas musiqisini çaldılar”.

RAKETLƏRİ GÖRDÜM

Şimali Koreya ordusunun raketlərini də gördüyünü deyən Rodman Kimlə siyasətdən danışmaqdan yayındığını vurğulayıb. Kimin öldüyü iddialarına isə inanmadığını deyən Rodman əlavə edib ki, çox güman ki, o da hamı kimi "Last Dance”ı izləyir.