adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
14 May 2020 09:00
25794
ŞOU-BİZNES
A- A+

Aktrisa Ülviyyə Xəlilbəylidən eyhamlı paylaşım: Ailədə nə baş verir?

Ailəliyi tez-tez gündəm olan və sosial şəbəkə izləyiciləri tərəfindən diqqətlə izlənən tanınmış aktrisa Ülviyyə Xəlilbəylidən xəbər var. Son zamanlar paylaşımları ilə diqqət mərkəzindədir.

Adalet.az xəbər verir ki, aktrisa sosial şəbəkə hesabında bu dəfə də müzakirələrə səbəb olan paylaşım edib:"Gözəl ayaqqabını seçərsiz yoxsa rahat ayaqqabını? Bax gözəl ayaqqabı ilə yola çıxırsan, yolu yarı etməmiş ayaqqabı ayağını sıxır və məcbur geri qayıdırsan. Amma rahat ayaqqabı ilə hər yerə gedə bilirsiz. Həyat yoldaşı da belədi. Oğlanda və ya qızda yaraşığa, gözəlliyə fikir verməyin. Çalışın sizə rahatlıq verən biri ilə birlikdə olun".

Qeyd edək ki, Ülviyyə Xəlilbəylinin paylaşımlarına səbəb aktyor həyat yoldaşı Murad İsmayılla arasında soyuq münasibətin olması iddia edilir. Onların cütlük səhifəsində son paylaşımları da mart ayında edilib.

Əntiqə Rəşid