adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
13 May 2020 12:47
14451
DÜNYA
A- A+

Pandemiya iqtisadi böhran yaradacaq

"İnterfaks"ın yaydığı məlumata görə Avropa Şurasının diplomatik korpusunun rəhbəri Jozep Borrel bildirib ki, inkişaf etməkdə olan bütün dövlətlər pandemiyanın yaratdığı fəsadlarla əlaqədar iqtisadi böhranla üzləşəcək.

" Bəzi ölkələr iqtisadi aktivliyin aşağı düşməsi ilə əlaqədar mühacirlərin gəlişinin qarşısını alınmaq məcburiyyətində qalacaq. Neft istehsal edən ölkələrdə qiymətlərin aşağı düşməsi nəticəsində büdcəyə daxil olan vəsait qıtlığı yaranacaq, turizm ziyan çəkəcək. Bu başqa təbii sərvətlər idxal edən ölkələrədə aiddi"-deyə Borrel bildirib.

İqtisadi böhran Şımali Afrika və Yaxın Şərq ölkələrinə də ciddi ziyan vuracaq. Avropa Şurasının xarici məsələlər üzrə rəhbəri Brüsseldə keçirdiyi mətbuat konfransında hazırda inkişaf etməkdə olan dövlətlərə maliyə vəsaitinin azaldılması məsələsinin müzakirə olunduğunu bildirib.

"Bütün bunlar təbii ki, əvvəl iqisadi, güman ki, sonra siyasi böhran yaratsın. Bu problemlər təkcə ətrafımızda olan dövlətlərə aid deyil. Böhran bütün Afrika və Cənubi Amerika dövlətlərinə də təsir edəcək"-deyə Jozep Borrel bildirib.
Rüstəm Hacıyev