adalet.az header logo
  • Bakı 18°C
12 May 2020 23:26
15518
DÜNYA
A- A+

Ərdoğan: Meydanı faşist təfəkkürə buraxmamalıyıq

Türkiyə müxalifəti belə bir zamanda hərbi qiyam üçün çalışır.

Adalet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının (AKP) videokonfrans vasitəsilə keçirilən iclasında deyib.

O bildirib ki, qiyam üçün çalışan qaranlıq düşüncə ilə qarşı-qarşıyayıq:

"Buna çalışanların əməllərini pozmaq AKP olaraq əsas vəzifəmizdir. Meydanı bizə zərər vermək üçün ölkəmizə ziyan vurmağı gözə alan bu faşist təfəkkürə buraxmamalıyıq”.