adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
12 May 2020 23:19
14071
DÜNYA
A- A+

İtaliyadan gözlənilməz qərar: Açılış tarixləri əvvələ çəkildi

İtaliya hökuməti koronavirus pandemiyasına qarşı sərt tədbirlərin yumşaldılması çərçivəsindərestoran, bar, kafe və bərbərxanaların açılışını iyunun 1-dən mayın 18-nə geri çəkilməsi ilə bağlı qərar qəbul edib.

Bu barədə ANSA xəbər yayıb.

Bildirilir ki, Baş nazir Cüzeppe Konti,Səhiyyə naziri Roberto Speranza, Regional İşlər naziri Françesko Bossa bölgə rəhbərləri ilə videokonfrans keçirib. İclas zamanı ticarət və iaşə obyektlərinin yenidən fəaliyyətəbaşlaması barədə razılıq əldə edilib.

Avropada COVID-19 epidemiyasından ilk və ən çox təsir görən ölkələrdən olan İtaliyada bu günə qədər 30739 nəfər həyatını itirib.