adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
12 May 2020 22:30
14003
İDMAN
A- A+

Futbol Avropanın bu ölkəsində də bərpa olunur - Rəsmi

Avstriyada da milli çempionat bərpa olunur.

Qol.az xəbər verir ki, bu haqda Avstriya Futbol İttifaqı məlumat yayıb. Federal hökumətin bununla bağlı razılıq verdiyi bildirilib.

Bundesliqanın iyunun 2-də bərpa edilməsi, kubokun final matçının isə mayın 30-da keçirilməsi nəzərdə tutulub. Oyunlara azarkeş buraxılmayacaq.

Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında, 22-ci turda dayandırılıb.