adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
12 May 2020 17:23
8556
GÜNDƏM
A- A+

Avropa Komissiyası koronavirusla mübarizə layihələrinə 117 milyon avro ayırıb

Avropa Komissiyası koronavirus pandemiyası ilə mübarizə üzrə 8 iri layihənin maliyyələşdirilməsinə 117 milyon avro vəsait ayırıb.

Adalet.az-ın məlumatına görə, bunu Avropa Komissiyasının rəsmi nümayəndəsi Erik Mamer deyib.

Qeyd olunur ki, həmin layələrdən beşi yeni diaqnostika imkanlarının hazırlanmasına, üçü isə müalicə üsullarının tədqiqinə həsr olunub. Layihə çərçivəsində ev şəraitində, maksimum 40 dəqiqə ərzində yüksək dəqiqliklə diaqnoz qoya bilən testlərin hazırlanması nəzərdə tutulur.

Bu layihələrdə ümumilikdə 94 təşkilat, o cümlədən universitetlər, özəl və dövlət tədqiqat strukturları, əczaçılıq şirkətləri iştirak edir.