adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
13 May 2020 09:19
17097
DÜNYA
A- A+

FRANSIZ XALQI KEF EDİR

Koronaya tutulanların həm sayına görə, həm də bu xəstəlikdən ölənlərin sayına görə Fransa «qızıl onluq»un içindədi. Amma buna baxmayaraq, bu gündən uşaq bağçalarının və orta məktəblərin qapısını açdı.

Məktəbləri deyə bilmərəm, amma uşaq bağçalarının açılması vacibdi. Uşaqlar tam təcrid olunublar və az qala vəhşiləşirlər.

O gün nəvəmi qapının ağzındakı mağazaya çıxarmaq istədim, nə qədər elədim həyətdən çıxmadı ki, koronavirusdu. Həm güldüm, həm də çox pis ağrıdım. Güldüm, ona görə ki, mən o koronavirusun adını doğru-düzgün deyə bilmirəm, amma uşaq elə gözəl dedi ki! Ağrıdım, ona görə ki, gör bu, uşaqların beyninə necə yeriyibsə, bayıra çıxmağa qorxurlar. Onların sabahkı psixoloji durumu ağrıtdı məni.