adalet.az header logo
  • Bakı 18°C
12 May 2020 15:05
17123
DÜNYA
A- A+

Mətbuat konfransında Trampla jurnalist arasında SKANDAL

ABŞ prezidenti Donald Tramın təşkil etdiyi mətbuat konfransı dünya gündəminə bomba kimi düşdü. Tramp ona verilən "Bu qədər insan öldüyü halda niyə uğurlarınızı yarışmaya çevirirsiniz?” sualına "Bunu Çindən soruşun” deyə cavab verib və konfransı bitirib. 

Adalet.az xəbər verir ki, Trampa bu sualı verən müxbirin Asiya əsilli olması "ABŞ prezidenti irqçilik etdi” məzmununda mübahisələrə yol açdı.

Bu sualı Trampa ünvanlayan "CBS New”sun Ağ Ev müxbiri Weijia Jiang olub. CNN-nin Ağ ev müxbiri Kaitlan Collinsə səslənən Trampın sözünü kəsən Jiang "Niyə mənə belə bir şey dediniz?” deyə soruşanda Tramp belə cavab verib:

- Bunu lazımsız suallar verən adamlara deyirəm.

Bu barədə ABŞ lideri Tvitter hesabında paylaşım edib.

"Media həqiqətən də nəzarətdən çıxıb. Necə işlədiklərinə baxın. Onlar xalqın düşmənidir. Ancaq narahat olmayın. Noyabr ayında birgə qələbə qazanacağıq”, - Prezident bildirib.