adalet.az header logo
  • Bakı 17°C
13 May 2020 09:40
18472
DÜNYA
A- A+

DÜNYA QLOBALLAŞMADAN XİLAS OLA BİLƏCƏKMİ?

Artıq dörd onillikdi dünyada qloballaşmanın taleyi müzakirə olunur. 1980-1990-cı illərdə qloballaşmanın xeyri və ya ziyanları mübahisələri diqqət mərkəzində olub. Qlobalaşma tərəfdarları gələcəyə optimist yanaşaraq onu rəngbərəng tonlarda görürdülər. Hesab edirdilər ki, qlobal dünyada ölkələr yaxınlaşacaq və xalqlar arasında təsərrüfatın unversal modeldə idarə edilməsi formalaşacaq.

İllər ötdükcə məlum oldu ki, "xoşbəxt qloballaşma" nın baş tutması həyata keçməyən arzulardı.1990-cı illərdə Nobel mükafatı laureatı Cozef Stiqlis yazırdı ki, qloballaşma dünyanın böyük bir hissəsinə xeyir gətirmədi. 2000-ci ilin əvvəlləriində aparılan analizlər göstərdi ki, qlobalaşma hətta inkişaf etmiş ölkələri də böhran vəziyyətinə gətirib çıxardı. Avropada deindustrializasiya və reindustralizasiya 2008-2009-cu illərdə maliyə böhranı yaratdı.

Hələ 1970-ci illərdə Qərbi Avropada bir çox müəsisələr beynəlxalq rəqabətə dözməyərək bağlanmağa başladı. Böhran əsasən Fransanın köhnə industrial - şimal və şimali-şərq əyalətlərini, Almaniyanın 80 faiz daş kömür yataqlarına malik Rur vilayətini də vurdu.

1080-1990-cı illərdə açıq bazar şəraitində rəqabətin güclənməsi nəticədində Avropanın qərbində bağlanan müəsisələr daha ucuz işçi qüvvəsi axtarışı ilə Çin, Hindistan, Meksika kimi ölkələrə üz tutdular

Uzun illər bu barədə açııq danışmaq qəbul edilmirdi. 1970-ci illərdə fransız gənc mütəxəsis Rober Buaye yazdığı məqalədə industriyanın bu vəziyətə düşməsinin qloballaşdırmanın fəsadı olduğunu bildirmişdi. Təbii ki, bu onun işlədiyi Milli Statistikanın və İqtisadi araşdırılmalar institutunun rəhnərliyini qıcıqlandırmışdı. Yüksək inkişaf etmiş ölkələrdə deindustrilizasiya müxtəlif sürətlərlə gedirdi. 1991-2010-cu illərdə Böyük Britaniyada istehsal müəsisələri 41,1 faiz, Almaniyada 30, 7 faiz, azalmaya məruz qalmışdı.

Deindustializasiya Avropa ölkələri üçün faciəyə çevrilmişdi. Şəhərlər tədricən boşalırdı. Təhsil ocaqları, poçt şöbələri, sosial xidmətlər, maqazinlər bağlanırdı. Geniş resurslara malik aktiv gəclər sosial böhrana məruz qalmış yaşayış yerlərini tərk edirdi. Vaxtı ilə iri sənaye müəssiləri yerləşən şəhərlərdə indi əsasən qocalar qalmışdı. Alkoqolizm, narkotik maddələrin istifadəsi ölüm sayını artırmışdı. Buna baxmayaraq siyasətçilər, məmurlar, hökumətyönlü mütəxəsislər sənaye istehsalı müəsisələrin bağlanmasını təbii proses kimi qiymətləndirərək qloballaşmanın alternativi olmadığını sübut etməyə çalışırdılar.

XXI əsrdə aydın oldu ki, qloballaşma birxətli deyil, dalğavari təsir göstərir. Siyasilər və analitiklər qloballaşdırmanın arxasınca getməyin mənası varmı sualının cavabını axtarırlar. Ümumdünya böhranının təsiri vəziyyəti ciddi dəyişiklər qarşısında qoyub.

Jülyen Verkeyin fikirincə qloballaşmadan çıxmağın asan yolu yoxdur. 40 il ərzində çox şey dəyişib. Müxtəlif ölkələr, cəmiyyət geniş məlumat mənbəyinə malikdi. Artıq hamı başqa ölkələrdə insanların necə yaşaması haqqında məlumatlıdı. İnsanlar görürlər ki, dünyanın sərvətləri heç də bərabər bölünmür. Artıq hamı yaxşı yaşamaq istəyir. Qloballaşmanın gələcək taleyi ilə bağlı müzakirələrdə əmtəənin, işçi qüvvəsinin hərəkətinin qarşısı ABŞ prizedenti Donald Trampın hazırda həyata keçirdiyi kimi süni surətdə dayandırılmalıdı. Amma süni maniələrlə hansısa nailiyyətlərə nail olunacağı da inandırıcı görünmür.

Hazırladı: Rüstəm HACIYEV