adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
13 May 2020 09:52
28575
ŞOU-BİZNES
A- A+

Məşhurlarımız paylaşımları ilə marağa səbəb oldular: Qeyri-qanuni uşaq, “hədə”, yay təəssüratı...

Koronavirus epidemiyası ilə bağlı karantin günləri davam edir. Adalet.az saytı xəbər verir ki, belə günlərdə şou-biznes nümayəndələrinin əyləncəli həyatı öz axarı ilə davam edir.

Məsələn müğənni Türkan Vəlizadə sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib.Müğənni instaqram hesabında fotosunu paylaşıb. Fotoda Türkanın geyimi marağa səbəb olub.

O, fotosunu paylaşaraq: "O, özü gələcək sənə paşa-paşa" şərhini yazıb. Bu paylaşımı ilə nəyə işarə etdiyini açıqlamadığına görə, izləyicilərin maraqlı sual yağışına tutulub.

Elə məşhur aktrisa Pərvin Abıyeva da paylaşımı ilə diqqət çəkib.

Aktrisa instaqram hesabında yeni fotosunu paylaşıb. O, yay mövsümünə uyğun açıq-saçıq geyimi ilə paylaşdığı fotoya: "Yayın gəlməsini səbrsizliklə gözləyənlər..." şərhini yazıb. Onun fotosu da marağa səbəb olub.

Bir neçə gün öncə ana olan müğənni Aygün Rəhimova övladının atası ilə bağlı paylaşım edib.
"Çox az kişi bir qadının yeni bir həyat doğmağa və ana olmağa nə qədər enerji xərclədiyini anlaya bilər, ətrafda xeyli köməkçi olsa da, sən hər şeyi anlayırsan... Səni çox sevirəm!” deyə, Aygün bildirib. O, fotoda uşağının atasını üzünü gizlədib.



Qeyd edək ki, sənətçinin oğlu dünyaya gəlib. İfaçı övladına Camal adını verib.
Onu da bildirək ki, Aygün ötən il sevgilisi ilə fotolarını İnstaqramda paylaşmışdı. Onun ailə qurması barədə isə heç bir məlumat yayılmayıb.

Davam edəcəyik... Bizi izləyin!

Əntiqə Rəşid