adalet.az header logo
  • Bakı 19°C
13 May 2020 09:56
21990
ŞOU-BİZNES
A- A+

Namiq Aygündən danışdı: ...həm də yaxşı prodüserdir

Yadınızdadırsa, Xalq artisti Aygün Kazımova "Xəzər maqazin”ə Namiq Qaraçuxurlunun qeyri-səmimi olduğu ilə bağlı qəribə bir açıqlama vermişdi:

"Namiq mənə qarşı çox haqsızlıq edib. Bu, düzgün deyil. Özünüz bilirsiz ki, mala-mülkə bağlı insan olmamışam. "O gün oxuyuram, deyirlər ki, Namiq Aygünə royal bağışlayacaq. O, mənə royal verməyəcək, royalımı qaytaracaq. Mənim əmlakımı ixtisara salırlar. Bağın yanında bir ev də var. Qarşıda layihələrim var, mən nə satacam? Namiq, sən mənim fikirlərimə don geyindirmək istəyirsən?

"Namiq və səmimiyyət”, bunlar antonimdir. Həqiqət yaddan çıxmır. 8 il birlikdə ömür sürmüşük. Yəqin ki, bunu danmazsan. Sən dansan da, qonşuların danmaz. Namiqdən səmimiyyət gözləməyin”. Qeyd edək ki, müğənni eks-sevgilisi, meyxanaçı Namiq Qaraçuxurlunun bağını əlindən aldığını söyləymişdi:

"Bağ evimi Namiq əlimdən aldı. Bunu biz bərabər etmişdik, ona qismət oldu. O, elə həyasızdır ki, hər şeyimi əlimdən aldı”.

İllər sonra isə meyxanaçı Namiq Qaraçuxurlu eks-sevgilisi haqqında danışıb. O, Samir Bayramlının aparıcısı olduğu "Söhbətsiz” proqramında deyib ki, bu gün də Aygün Kazımovanın yanında qazandığım təcrübədən istifadə edirəm.

Adalet.az xəbər verir ki, O, Xalq artisti Aygün Kazımova ilə illər sonra eyni səhnədə çıxış etməsindən danışıb:

"O, ulduzluqdan əlavə həm də yaxşı prodüserdir. Bəzən bir səhnədə çıxış edirik. Əvvəlcə "Heç bir pul bizi yan-yana gətirməz” deyirdik, ancaq bunlar arxada qalıb. Münasibətimiz "salam-sağ ol” səviyyəsindədir. Aramızda bir neçə dəfə problem olub. Bir dəfə Emin Musəvi xahiş edib, ona görə eyni səhnəyə çıxmağa razılaşdıq. Bu yaxınlarda da bir prodüser danışmışdı, bizim adımızdan beh götürmüşdü. Xahiş etdi ki, məni pis vəziyyətdə qoymayın. Bu, həyata keçdi. Münasibətlərimiz soyuq olanda da səhnəyə rahat çıxırıq. Ünsiyyətimiz normaldır”.

Əntiqə Rəşid