adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
12 May 2020 12:01
14591
DÜNYA
A- A+

Rusiyada daha 107 nəfər koronavirusdan öldü

Rusiyada koronavirusa yoluxma göstəriciləri sürətlə artır.

Adalet.az-ın məlumatına görə, ölkədə son sutka ərzində 10 899 nəfər koronavirusa yoluxub, 107 nəfər isə həyatını itirib.

Bu günə qədər Rusiyada 232 243 nəfər infeksiyaya yoluxub, ölənlərin sayı 2 116 nəfərə çatıb. Yoluxma sayına görə Rusiya İtaliya və Böyük Britaniyanı keçərək 3-cü ölkə olub.

Ölkə ərazisində ümumilikdə 43 512 nəfər virusdan sağalıb, 186 615 nəfərin müalicəsi isə davam edir.