adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
12 May 2020 11:34
34602
İQTİSADİYYAT
A- A+

2020-ci ilin birinci rübü ərzində AÇG-dən hasil edilən neftin həcmi məlum olub

2020-ci ilin birinci rübü ərzində Azəri-Çıraq-Günəşli (AÇG) yatağından stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib.

BP-dən Adalet.az-a verilən məlumata görə, rüb üçün AÇG-dən ümumi hasilat – Çıraq (39 000), Mərkəzi Azəri (136 000), Qərbi Azəri (125 000), Şərqi Azəri (78 000), Dərinsulu Günəşli (95 000) və Qərbi Çıraq (51 000) platformalarından birlikdə – gündə orta hesabla 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub.

Rübün sonunda AÇG-də ümumilikdə 129 neft hasilat quyusu, 42 su injektor quyusu və 7 qaz injektor quyusu istismarda olub.

Rüb ərzində AÇG-də 4 neft hasilat quyusu qazılıb.