adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
11 May 2020 20:27
36713
İQTİSADİYYAT
A- A+

Bu türk ölkəsindən Moskvaya müraciət: Qazı ucuzlaşdır

Qırğızıstan Rusiyadan təbii qaz üçün qiymətlərin endirməsini xahiş edib.

Axar.azxəbər verir ki, bu məlumatı Qırğızıstan Nazirlər Kabinetinin mətbuat xidməti yayıb.

Qırğızıstan Baş nazirinin müavini Erkin Asrandiyev rusiyalı həmkarı Aleksey Overçukla telefon danışığı zamanı qiymətlərin endirilməsi təklifi ilə çıxış edib. Asrandiyev bu məsələnin Qırğızıstan üçün həssas olduğunu bildirib:

"Koronavirus infeksiyasının yayılması, iş aktivliyinin azalması, devalvasiya əhalinin alıcılıq qabiliyyətini aşağı salıb. Əlbəttə, bu məsələni bir saat ərzində həll etmək mümkün deyil, amma biz ümid edirik ki, müsbət cavab alacağıq”.

Qeyd edək ki, Rusiya Qırğızıstana təbii qazın əsas tədarükçüsüdür. 2014-cü ildə "Qazprom” Qırğızıstanın milli qaz operatoru "Qırğızqaz”ın bütün səhmlərini 1 dollara əldə edib və şirkətin bütün borc öhdəliklərini üzərinə götürüb.