adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
11 May 2020 17:03
44098
KRİMİNAL
A- A+

Həyat yoldaşına yaşatdığı dəhşəti sosial mediadan paylaşdı - VİDEO

Türkiyənin İstanbul şəhərində kişi boşanmaq istəyən arvadınıtikilməkdə olanboş bir binaya apararaq, döyüb və bu anlarıtelefonu ilə qeydə alaraq, sosial media hesabındapaylaşıb.

Bununla bağlı məlumatı "HaberGlobal” yayıb.

Bildirilib ki, Eray D. boşanma istəyi ilə ayrı evlərdə yaşayan arvadı R.S.-yazəng edərək, onunla görüşmək istədiyini deyib.

Görüşdükdən sonra onu maşını iləbir yerə aparacağını deyib. Mənzil başına çatdıqda qadın yarıtikili bina olduğunu görüb, oraya getmək istəməyib. Əri isə onu döyə-döyə binanın içinə aparıb. O, qadını inşaatda istifadə olunan dəmir parçaları vədaşlarla döyməyə başlayıb.

Kişi baş verənləri telefonu ilə qeydə alıb, sosial mediada paylaşıb.

Artıq Eray D. saxlanılıb. Onu 21 ilə qədər həbs cəzası gözləyir.