adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 May 2020 10:37
14731
DÜNYA
A- A+

Türkiyəyə səfər edən italiyalı turistlərin sayı kəskin azalıb

2020-ci ilin martında Türkiyəyə 1 782 italiyalı turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 92,12 faiz azdır.

Bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyindən bildiriblər.

Mart ayında Türkiyəyə səfər edən əcnəbi turistlər arasında italiyalı turistlərin payı 0,25 faiz təşkil edib.

2020-ci ilin yanvar-mart aylarında Türkiyəyə 39 012 İtaliya turisti səfər edib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 33,67 faiz azdır.

Yanvar-mart aylarında Türkiyəyə səfər edən əcnəbi turistlər arasında italiyalı turistlərin payı 0,92 faiz təşkil edib.

Hesabata əsasən, 2020-ci ildə Türkiyəyə 718 097 əcnəbi turist səfər edib ki, bu da ötən ilin martı ilə müqayisədə 67,83 faiz azdır.

2020-ci ilin yanvar-mart aylarında Türkiyəyə 4 238 644 əcnəbi turist səfər edib. Bu göstərici 2019-cu ilin eyni dövrü ilə müqayisədə 22,11 faiz çoxdur.