adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 May 2020 10:14
14740
İDMAN
A- A+

Məşhur klub “Qarabağ”ın futbolçusuna təklif göndərdi

Yunanıstanın ən titullu klublarında olan "Panatinaykos” "Qarabağ”ın Mərakeş əsilli fransalı futbolçusunu sıralarına qatmaq istəyir.

Newspao.gr xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçiyə yüksək məbləğdə müqavilə şərtləri təklif olunub.

Sayt yazır ki, futbolçu bu mövsüm "Qarabağ”ın heyətində keçirdiyi 35 oyunda 12 məhsuldar ötürmə edib, yeddi dəfə rəqib qapısını dəqiq nişan alıb.

Qeyd edək ki, Abdullah Zubir 2018-ci ilin yayında Fransanın "Lens” komandasından "Qarabağ”a keçib.